Harri Keyn Ronaldonun rekordunu təkrarlayıb
11.09.2026 - 09:51
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Bayern” “Bude-Qlimt”i 5:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, Münhen təmsilçisinin heyətində Harri Keyn də fərqlənib.
İngiltərə millisinin hücumçusu Çempionlar Liqasının ardıcıl 8-ci oyununda qol vurub.
Keyndən əvvəl turnirdə 8 və daha çox matçlıq qol seriyasına yalnız Kriştiano Ronaldo (2 dəfə), Robert Levandovski (2 dəfə) və Rud van Nistelroy nail olub.
0
0