UEFA Avropa Liqasının 1/8 finalının cavab oyununda "Atletik" "Roma"nı məğlub edərək növbəti tura vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, qonaqların mərkəz müdafiəçisi Mats Hummels matçdan sonra komanda yoldaşlarından və azakeşlərdən üzr istəyib:
"Azarkeşlərimizdən və komanda yoldaşlarımdan üzr istəyirəm. Bu gün hər kəsi bəsit bir səhvlə məyus etdim. Əvvəl bu cür oyunlarda komandam mənə güvənirdi, amma bu gün mənim səhvim komandamı bəlkə də Avropa Liqası kubokundan etdi. Daha nə deyəcəyimi bilmirəm, mən də hər kəs kimi öz performansıma görə məyusam".
Qeyd edək ki, "Atletik"in evdə "Roma"nı 3:1 (ümumi hesab 4:3) məğlub edərək 1/4 finala yüksəldiyi matçda Mats Hummels görüşün 11-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk edib.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ