Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu Fatih Terimin son açıqlamasına münasibət bildirib.
Apasport.az xəbər verir ki, TFF rəhbəri Terimlə danışmağa ehtiyac duymadığını söyləyib.
Hacıosmanoğlu onun çıxışının son hissəsini bəyənmədiyini bildirib:
“Fatih hocanı çağırmağa ehtiyac duymadım. Niyə duymadım? Çünki çıxışının əvvəlindən son abzasına qədər dediklərinə görə təşəkkür edirəm. Amma ona "imperator" ləqəbini ona bu xalq verib. Mən də həmin çıxışı "imperator"a yaraşan şəkildə bitirməsini arzu edərdim. Heç yaraşdırmadım, üzüldüm də”.
TFF prezidenti Terimin “cavab tələb edəcəyik” ifadəsinə də sərt reaksiya verib:
“Əgər ləqəbiniz "imperatordur"sa, orada gizli şeylərdən danışıb, "bunları danışacağım zaman gələcək, bəlkə bir az daha gözləyək, cavab tələb edərik" demək olmaz. Kimdən cavab tələb edəcəksiniz? Bu, Fatih Terimin duruşuna, bilgisinə yaraşmadı”.
Hacıosmanoğlu Türkiyə millisinin futbolçularına da sahib çıxıb:
“Uşaqların burada bir günahı yoxdur. Futbolçulardan cavab tələb edəcəksiniz? Texniki işçilərdən, rəhbərlikdən, yoxsa prezidentdən? Bunu da deyin, həmin şəxs hazırlıq görsün. Bura cavab tələbetmə yeridir, hesab vermə yeri deyil. Ona görə də özünə yaraşdırmadım”.
Qeyd edək ki, Fatih Terim Türkiyə millisinin DÇ-2026-dakı çıxışı ilə bağlı açıqlamasında komandanın qarşıdakı oyunlarda mübarizəni davam etdirməli olduğunu bildirmişdi.