“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala tədricən komanda məşqlərinə qayıdacaq.
Apasport.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.
Səhhətində yaranan problemlərdən sonra komandadan ayrı fərdi hazırlıq keçən 23 yaşlı futbolçu mərhələli şəkildə kollektiv məşqlərə qoşula biləcək. Münhen klubu futbolçunun durumunu diqqətdə saxlayır və onun üzərinə əlavə yük qoymaq niyyətində deyil.
Xatırladaq ki, Musiala avqustun 15-də “Leyptsiq”lə keçirilən yoxlama görüşündə huşunu itirərək qəfil yerə yıxılmış və tibbi müdaxilədən sonra meydanı tərk etmişdi. Üç gün sonra – avqustun 18-də “Haydenhaym”la matçda da oxşar hadisə yaşanmışdı.
Almaniya millisinin üzvü daha sonra açıqlama yayaraq onda nevroloji disfunksiya nəticəsində yaranan qısamüddətli və müalicə edilə bilən “absans” tutmalarının aşkarlandığını bildirib. Futbolçu həkimlərin uzunmüddətli sağlamlıq riski görmədiyini də vurğulayıb.
“Bavariya”nın baş məşqçisi Vensan Kompani də Musialanın bir müddət fərdi proqram üzrə çalışacağını açıqlamışdı. Futbolçu bu səbəbdən Dortmund “Borussiya”sına qarşı Almaniya Superkuboku matçının heyətinə daxil edilməmişdi.