İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu Endi Kerroll özünə yeni klub tapıb.
Apasport.az xəbər verir ki, 36 yaşlı forvard İngiltərənin altıncı liqasında mübarizə aparan "Dagenem & Redbriç" komandasına keçib.
Təcrübəli oyunçu ötən mövsümü Fransanın "Bordo" klubunda keçirib. O, Liqa 2-də 23 oyunda meydana çıxıb və 11 qol yadda qalıb.
Endi Kerroll İngiltərə milli komandasının heyətində isə 9 oyunda 2 dəfə fərqlənib.
Qeyd edək ki, “Dagenem & Redbriç” 2016-cı ildə İngiltərə 1-ci Liqasında çıxış edib. Hazırda 6-cı divizionda mübarizə aparan klub bu yaxınlarda Qətər şirkəti tərəfindən satın alınıb.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı