Almaniya Bundesliqasının nəhəng klublarından “Bavariya”nın müdafiəçisi Erik Dayer yay transfer pəncərəsində komandadan ayrılacaq.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını Fransa Liqa 1-də davam etdirəcək. O, “Monako” klubu ilə artıq şifahi razılığa gəlib.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, “Monako” ingiltərəli müdafiəçi ilə 2028-ci ilədək müqavilə imzalayacaq.
Xatırladaq ki, Dayer mövsümün əvvəlində “Tottenhem”dən “Bavariya”ya transfer olunmuşdu. Müdafiəçi cari mövsümdə Münhen klubunun heyətində 25 rəsmi oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, İngiltərə millisinin üzvünün “Bavariya” ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA