İngiltərə millisinin üzvü “Everton”dan ayrılacaq
30.06.2025 - 00:56
İngiltərə Premyer Liqası təmsilçilərindən “Everton”da ayrılıq yaşanacaq.
Apasport.az xəbər verir ki, komandanın 9 ildir formasını geyinən Dominik Kalvert-Luin klubdan ayrılacaq.
Bu barədə futbolçunun özü açıqlama yayıb.
İngiltərə millisinin üzvü bu ayın sonunda başa çatan müqaviləsini yeniləməyəcəyini bildirib.
Qeyd edək ki, 28 yaşlı hücumçu “Everton”un heyətində indiyədək 273 oyunda çıxış edərək 71 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə
- İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir
- Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq
0
0