"İnter" A Seriyasında rekorda imza atıb
09.04.2024 - 12:37
"İnter" A Seriyasında rekorda imza atıb

İtaliya çempionatının 31-ci turunun final matçında "Udineze" üzərində əzmkar qələbə qazanan "İnter" çempionat cədvəlində liderliyini möhkəmləndirib. 

Apasport.az xəbər verir ki, çempionat başlayandan bəri ardıcıl 31-ci oyundur ki hər matçda qol vuran "İnter"  İtaliya çempionatında yeni rekorda imza atıb. Hazırda klubun aktivində 75 qol var.

 Qeyd edək ki, 3-4-cü yerləri tutan "Yuventus" və "Bolonya" cəmi 45 qol vurub. İtaliya A seriyasının növbəti turunda Milan “İnter”i “Kalyari” ilə qarşılaşacaq.

0