UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter” və “Barselona” komandaları arasında keçirilmiş cavab matçında xoşagəlməz hadisə yaşanıb.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, görüşün final fitinə 15 dəqiqə qalmış Milan təmsilçisinin fanatı infarkt keçirib.
Azarkeş stadiondan çıxarkən huşunu itirib. Xəstəyə dərhal müdaxilə edən həkimlər ürək ritmini bərpa ediblər. O, daha sonra reanimasiya şöbəsinə aparılıb.
Həkimlərin fikrincə, buna fanatın oyun zamanı ağır emosional stres keçirməsi səbəb olub.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən, “Barselona”nı 7:6 hesabı ilə məğlub edən “İnter” finalda Fransanın PSJ komandası ilə qarşılaşacaq.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi