“İnter”də ciddi itki 
18.04.2025 - 17:20
“İnter”də ciddi itki 

İtaliya A Seriyası təmsilçilərindən “İnter” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən Markus Turam sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı forvard sol bud nahiyəsindən zədələnib və “Bolonya” ilə keçiriləcək çempionat oyununda iştirak edə bilməyəcək.

Xatırladaq ki, 27 yaşlı hücumçu 2023-cü ildə “Borussiya Münhenqladbax” klubundan “İnter”ə transfer olunmuşdu.

Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm “İnter”in heyətində meydana çıxdığı 44 rəsmi oyunda 17 qol, 9 assistlə yadda qalıb.