UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün VI həftəsində "İnter" "Liverpul"la qarşılaşıb. Liqanı ilk səkkizlikdə başa vurmağı hədəfləyən iki komandanın qarşılaşmasına Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu “İnter”in start onbirliyində start verib.
Apasport.az xəbər verir ki, Hakan Çalhanoğlu ilk hissədə zədələnərək "Liverpul"la matçı davam etdirə bilməyib. O, 11-ci dəqiqədə Piotr Zielinski ilə əvəzlənib.
Bundan başqa, Françesko Acerbi də "İnter"in heyətində zədə səbəbindən matçı tərk etməli olub.
Hər iki futbolçunun vəziyyəti tibbi müayinələrdən sonra bəlli olacaq.
Qeyd edək ki, Hakan Çalhaoğlu bu mövsüm "İnter"in heyətində 17 matçda iştirak edib, 7 qol vurub, 3 məhsuldar ötürmə verib.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu