"İnter"in heyətində ciddi itki
02.10.2025 - 15:31
"İnter"in heyətində ciddi itki

“İnter”in heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın aparıcı futbolçularından Markus Turam zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı hücumçu təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Fransa millisinin üzvü Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Slaviya” ilə keçirilən oyunda (3:0) ikinci hissədə məcburi əvəzlənmişdi.

Qeyd edək ki, Turam bu mövsüm “İnter”in heyətində çıxdığı 7 rəsmi matçda 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.