Argentinanın “River Pleyt” və Braziliyanın “Qremio” komandaları arasında keçirilmiş oyunda saxlanılan qadın futbolçular barədə qərar verilib.
Apasport.az xəbər verir ki, irqçi hərəkətlərə görə həbs edilən “River Pleyt”in dörd oyunçusu azadlığa buraxılıb.
Kandela Dias, Kamila Duarte, Xuana Kanqaro və Milaqros Dias proses yekunlaşana qədər hər ay Braziliyanın San-Paulu şəhərində yerləşən məhkəmədə dindiriləcəklər.
Qeyd edək ki, dekabrın 21-də reallaşan matçda Argentina yığmasının üzvü Kandela Diaz rəqib oyunçuya irqçi sözlər işlətdiyi üçün meydanda kütləvi dava baş verib. Qarşılaşmanın baş hakimi 6 futbolçuya qırmızı vərəqə göstərib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı