İspaniya çempionu karyerasını bərpa edib
21.02.2024 - 13:16
İspaniya çempionu karyerasını bərpa edib

İspaniya çempionu və "Atletiko Madrid"in heyətində ikiqat Avropa Liqasının qalibi olan Dieqo Qodin karyerasını bərpa edib.

Apasport.az xəbər verir ki, o, "Poronqos"la müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı futbolçu Organisation Football Interior (OFI) himayəsi altında həvəskarlar liqasında çıxış edən klubla 2024-cü ilin sonuna qədər müqavilə imzalayıb.

2023-cü ilin yayında uruqvaylı müdafiəçi futbolçu karyerasını başa vurduğunu elan etmişdi. Qodinin son peşəkar klubu argentinanın "Velez Sarsfild" klubu olub.

Peşəkar karyerası zamanı Qodin İspaniyanın “Vilyarreal” və “Atletiko Madrid”, İtaliyanın “İnter” və “Kalyari”, Braziliyanın “Atletiko Mineiro” komandalarının rənglərini qoruyub.

Qodin Uruqvay millisində keçirdiyi oyunların sayına görə rekordçudur. O, millidə 159 oyuna çıxıb.

0