İspaniya klubu stadionunu yeniləyəcək
18.04.2024 - 22:40
İspaniya klubu stadionunu yeniləyəcək

İspaniyanın "Elçe" klubu doğma stadionu olan "Martinez Valero"nu təmir etməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, klub işə 2025-ci ildə başlamağı düşünür və proyektə 40 milyon avro ayırmaq istəyir. Təmir işlərinin 2026/27 mövsümünün sonuna kimi başa çatdırılması gözlənilir.

Arenanın fasadının yenilənməsi, yenilənmiş VIP oturacaqların yaradılması, eləcə də stadion ətrafının abadlaşdırılması nəzərdə tutulur.

0