İstanbul derbisində qolsuz sülh
24.12.2023 - 23:06
İstanbul derbisində qolsuz sülh

Türkiyə Superliqasının XVIII turunda İstanbul derbisi baş tutub.

Apasport.az xəbər verir ki, "Fənərbağça" doğma meydanda "Qalatasaray"ı qəbul edib.

Qarşılaşma elə başladığı kimi qolsuz başa çatıb.

Qeyd edək ki, bu nəticədən sonra 44 xala malik komandalar 1-2-ci yerləri bölüşürlər. "Fənərbağça" top fərqinə görə ilk sırada qərarlaşıb.

0