İtaliya Kuboku: “Latsio” 1/4 finalda
05.12.2025 - 01:56
Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün turnir çərçivəsində daha bir qarşılaşma baş tutub.
“Milan” səfərdə “Latsio” ilə üz-üzə gəlib. Gərgin keçən matçın taleyini bir qol həll edib və oyun ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə “Latsio” adını 1/4 final mərhələsinə yazdırıb, “Milan” isə turnirlə vidalaşıb.
0
0