İtaliya millisinin üzvü ölkəsinə qayıda bilər
11.10.2025 - 13:51
İtaliya millisinin üzvü ölkəsinə qayıda bilər

"Nyukasl Yunayted"in yarımmüdafiəçisi Sandro Tonali ölkəsinə qayıda bilər.

Apasport.az xəbər verir ki, "Yuventus" italiyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “qoca sinyora” yaxın vaxtlarda oyunçunun keçidi üçün Premyer Liqa klubunun rəhbərliyi ilə danışıqlara başlamağı planlaşdırır.

25 yaşlı oyunçu da vətəninə qayıtmağa müsbət yanaşır.

Qeyd edək ki, "Nyukasl" İtaliya millisinin üzvü olan Tonalini 2023-cü ildə "Milan"dan 59 milyon avroya transfer edib.