İtaliyanın "Yuventus" klubu yay transfer pəncərəsində nigeriyalı hücumçu Viktor Osimheni heyətinə qatmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə "teamtalk" məlumat yayıb.
"Yuve" Osimheni transferə razı salmaq üçün onun agenti ilə əlaqələrindən istifadə etmək istəyir.
İngiltərə təmsilçilərindən “Mançester Yunayted” də forvarda maraq göstərir. Futbolçunun özü də çoxdandır ki, Premyer Liqada gücünü sınamaq istəyir.
Xatırladaq ki, Osimhen hazırda Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edir və onun hüquqları "Napoli"yə məxsusdur. Bu mövsüm nigeriyalı "cimbom"un heyətində 32 oyun keçirib, 28 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”