“Fənərbaxça”nın keçmiş baş məşqçisi Jorje Jesus keçmiş klubundan şikayətçidir.
Apasport.az xəbər verir ki, 69 yaşlı mütəxəssis Türkiyə kubokunu qazandığı üçün almalı olduğu məbləğin ödənilmədiyini bildirib.
Ötən mövsümün sonunda İstanbul klubunu tərk edən məşqçi vəkillərinə bu barədə təlimat verib. Hazırda Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunda işləyən portuqaliyalı “sarı-lacivədlilər”dən FİFA-ya şikayət etməyə hazırlaşır. Bu məqsədlə İstanbul klubuna xəbərdarlıq da edən Jesusa klub tərəfindən cavab verilmədiyi iddia olunur.
Qeyd edək ki, “Fənərbaxça” ötən mövsüm Türkiyə kubokunun finalında “Başakşehir”i 2:0 hesabı ilə məğlub edərək, kuboku başı üzərinə qaldırıb.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal