“Jirona” təhlükədə
22.12.2023 - 14:46
“Jirona” təhlükədə

“Jirona” ciddi təhlükə ilə üzləşib.

Apasport.az xəbər verir ki, növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazansa belə, turnirdə iştirak haqqına sahib ola bilməz.
 
“Jirona” və “Mançester Siti” eyni – “City Football Group” holdinqinə məxsusdur. UEFA-nın reqlamentinə görə, eyni sahibləri olan klublar Çempionlar Liqasında birlikdə iştirak edə bilməzlər. 

Qeyd edək ki, “Red Bull”a məxsus “Zalsburq” və “Leypsiq”in bəlli qaydalar çərçivəsində çıxış yolu tapması nümunəsi də var.

0