
UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Fənərbaxça” öz meydanında “Reyncers”lə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər”in baş məşqçisi Joze Mourinyonun mətbuat konfransı keçirilib.
Təcrübəli çalışdırıcı Şotlandiya klublarının güclü olduğunu və qarşıdakı matçın gərgin keçəcəyini vurğulayıb:
"Həm "Seltik"ə, həm də "Reyncers"ə böyük hörmətim var. Sabahkı oyun bizim üçün çətin olacaq, lakin gələn həftə Şotlandiyaya gedəcəyim üçün xoşbəxtəm”.
Həmçinin baş məşqçi Türkiyəyə gəlməzdən əvvəl işlərin bu dərəcə çətin olacağını təxmin etmədiyini bildirib:
“Bunun sadə bir mübarizə olacacağını fikirləşirdim. Düşünürdüm ki, bütün işimiz sadəcə matçlara çıxıb qələbə üçün sona qədər vuruşmaqdan ibarətdir. Amma belə olmadı. Burada bir neçə aydan sonra bir az daha çox şey etməli olduğumu anladım. 18 matçda məğlub olmamağımızın səbəbi qarşımıza çıxan hər cür çətinliklə mübarizə aparmağımızdır”.
Qeyd edək ki, “Fənərbaxça” – “Reyncers” matçı martın 6-sı Bakı vaxtilə saat 21:45-də start götürəcək.