Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
20.11.2025 - 11:52
Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi

Dünyanın aparıcı film istehsal şirkətlərindən biri olan Warner Bros. "Fənərbaxça"nın futbolçusu Kerem Aktürkoğlunu məhkəməyə verib. 

Apasport.az "Sabah" nəşrinə istinadla xəbər verir ki, şirkət futbolçunun qol sevincini Harri Potter kimi qeyd etməsini müəllif və marka hüquqlarının pozulması kimi qiymətləndirib.

Məhkəməyə təqdim edilən sənədlərdə Aktürkoğlunun sosial media hesablarında istifadə etdiyi videolarda Harri Potter musiqisinin yer aldığı bildirilib.

Həmçinin şirkət Harri Potterə bənzəyən cizgi personajları, Hoqvartsa bənzər simvollar, filmin atmosferini xatırladan dekor və kostyumlardan istifadə edildiyini və bunların hamısının Warner Bros.-dan icazə almadan paylaşıldığını iddia edib.

Warner Bros. məhkəmədən paylaşımların detallı şəkildə araşdırılmasını, xüsusilə də müəllif hüququ olan musiqi, obraz, loqo və digər elementlərin istifadəsinin müəyyənləşdirilməsini tələb edib.