Keyndən unikal nailiyyət
12.03.2025 - 10:35
Keyndən unikal nailiyyət

"Bavariya"nın hücumçusu Herri Keyn Çempionlar Liqasının 1/8 finalında unikal nailiyyət qazanıb. 

Apasport.az xəbər verir ki, "Bayer"lə ilk görüşdə (3:0) futbolçu dubla, Leverkuzendə keçirilən cavab oyununda isə (2:0) 1 qol, 1 məhsuldar ötürməyə imza atıb.

Beləliklə, Keyn karyerası ərzində Çempionlar Liqasında 50 qol həddini keçib (39 qol və 11 məhsuldar ötürmə).

O, "Mançester Yunayted"in və "Real"ın məşhur keçmiş yarımmüdafiəçisi Devid Bekhemdən (16+36) sonra bunu bacaran ikinci ingilis olub.