“Qalatasaray”la oyunlarda çox çətinlik yaşadıq”.
Apasport.az xəbər verir ki, “Bavariya”nın futbolçusu Kinqsli Koman Çempionlar Liqasında “Qalatasraray”la oynadıqları matçları dəyərləndirib.
27 yaşlı çinah müdafiəçisi “aslanlar”la hər iki qarşılaşmanın çətin olduğunu bildirib: “Qalatasaray”ın kifayət qədər təcrübəli və güclü komanda olduğunu bilirdik. Düşünürəm ki, türklərə qarşı hər iki oyunda da yaxşı mübarizə apardıq. Rəqibin azarkeşləri xüsusilə möhtəşəm idi. İki oyunda da qalib gəldiyimiz üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, “Bavariya” İstanbul klubu ilə səfərdə keçirdiyi oyunu 3:1, ev matçını isə 2:1 hesablı qələbə ilə tamamlayıb.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat