Daha əvvəl xəbər verdiyimiz kimi, “Beşiktaş”a transferi baş tutmayan Kayl Uolker-Peters “Vest Hem”ə keçib.
Apasport.az xəbər verir ki, 28 yaşlı sağ cinah müdafiəçisinin “qara qartallar”la müqavilə imzalamamasının səbəbi bəlli olub.
İddialara görə, İngiltərəli futbolçunun İstanbul təmsilçisinə gəlməməsinə komandanın digər ingiltərəli oyunçusu Aleks Oksleyd-Çemberleyn mane olub. 31 yaşlı yarımmüdafiəçi Petersə zəng edərək klub haqqında mənfi fikirlər bildirib və "Beşiktaş"a gəlməməyi tövsiyyə edib.
Xatırladaq ki, Kayl Uolker-Peters “Vest Hem”lə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Beşiktaş” rəhbərliyi Çemberleyni komandadan göndərmək istəsə də, futbolçu bu təklifi qəbul etməyib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir