Konseysao rəsmən “Əl-İttihad”da
08.10.2025 - 19:05
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu portuqaliyalı mütəxəssis Serxio Konseysaonun baş məşqçi vəzifəsinə təyin olunduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, klubun rəsmi hesablarında Konseysaonun vəzifəyə gətirildiyi elan edilib.
Portuqaliyalı mütəxəssis son olaraq “Milan” klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda 31 oyuna çıxaraq orta hesabla 1,71 xal toplayıb.
Qeyd edək ki, “Əl-İttihad”ın son baş məşqçisi fransalı Loran Blan olub. O, zəif nəticələrdən sonra istefa vermək məcburiyyətində qalıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0