"Konyaspor"un yeni çalışdırıcısı bəlli olub
30.04.2024 - 10:42
"Konyaspor"un yeni çalışdırıcısı bəlli olub

Türkiyə Super Liqasında qalmaq üçün mübarizə aparan və baş məşqçisi Fahruddin Ömeroviçlə yollarını ayıran "Konyaspor"un yeni çalışdırıcısı bəlli olub. 

Apasport.az xəbər verir ki, klub mövsümün sonunadək idman direktoru Ali Çamdalıya həvalə edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Konyaspor” sona 4 həftə qalmış Super Liqada 36 xalla 16-cı pillədə qərarlaşıb. Komandanı aşağı liqadan 2 xal ayırır.

 

0