Kroos üçün əlamətdar görüş
19.02.2024 - 15:19
Kroos üçün əlamətdar görüş

"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos İspaniya çempionatının 25-ci turunun "Rayo Valyekano" ilə oyununda (1:1) iştirak edib.

Apasport.az xəbər verir ki, bu görüş təcrübəli alman yarımmüdafiəçinin “kral klubu" üçün 450-ci görüşü olub.

Xatırladaq ki, Toni 2014-cü ildən Madrid nəhənglərinin rənglərini qoruyur. Tərəflər arasında mövcud müqavilə cari mövsümün sonunda başa çatır.

Cari İspaniya çempionatında Kroos “Los Blancos”un heyətində 24 oyun keçirib. Yarımmüdafiəçi 1 qol vurub, 7 məhsuldar ötürmə edib.

0