La Liqa klubunda yeni rekordçu
20.12.2023 - 10:51
La Liqa klubunda yeni rekordçu

Borxa Mayoral “Xetafe”nin tarixinə düşüb.

Apasport.az xəbər verir ki, hücumçu mövsümün ilk 18 turunda 12 qol vurmaqla klub rekorduna imza atıb.

Mayoral “Atletiko” ilə qarşılaşmada (3:3) dubl müəllifi olub. Bununla da forvard Roberto Soldadonun rekordunu qırıb. Soldado 2009/10 mövsümünün 18 matçında 10 dəfə fərqlənib.

Qeyd edək ki, Borxa La Liqanın bombardirləri siyahısında 2-ci sırada qərarlaşıb.
 

0