Lamin Yamal bu il dünyanın ən yaxşı gənc futbolçusu seçilib
16.12.2025 - 18:52
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci il üçün dünyanın ən yaxşı gənc (U-20) futbolçularının adlarını açıqlayıb.
Apasport.az xəbər verir ki, siyahıya 233 xalla İspaniya millisinin və “Barselona” klubunun hücumçusu Lamin Yamal başçılıq edib.
Fransanın PSJ klubunda çıxış edən Dezire Due (90 xal) ikinci, İngiltərə təmsilçisi “Çelsi”nin formasını geyinən Estevao (50 xal) üçüncü yeri tutub.
Türkiyə millisinin futbolçuları Arda Güler (30 xal) və Kenan Yıldız (10 xal) isə müvafiq olaraq, dördüncü və altıncı pillələrdə qərarlaşıblar.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0