Rafael Leaonun “Milan”dakı gələcəyi yenidən gündəmə gəlib.
Apasport.az xəbər verir ki, portuqaliyalı vinger A Seriyasından ayrılmaq istədiyini açıq şəkildə bildirib.
Leao karyerasını Premyer Liqa və ya La Liqada davam etdirməyə müsbət yanaşdığını deyib:
“A Seriyasından kənarda oynamaq istəyirəm. Premyer Liqanı böyük diqqətlə izləyirəm. Orada və ya La Liqada oynamaq imkanım olsa, həqiqətən xoşbəxt olaram. Çünki istedadımın həmin çempionatlarda daha çox önə çıxacağını düşünürəm”.
Bu açıqlama portuqaliyalı futbolçunun “Milan”dan ayrılmaq istəyi kimi dəyərləndirilib.
Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”da çıxış edir. Onun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.