“Leypsiq”in futbolçusu top klubların marağında
16.04.2024 - 13:34
“Leypsiq”in futbolçusu top klubların marağında

“Leypsiq”in yarımmüdafiəçisi Dani Olmo top klubların maraq dairəsindədir.

Apasport.az “Transfer News Live” portalına istinadən xəbər verir ki, "Mançester Siti" və "Barselona" Dani Olmo üçün mübarizə aparacaq.

“Transfermarkt” portalı oyunçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

 Qeyd edək ki, futbolçu cari mövsümdə “Leypsiq”in heyətində 22 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

0