"Lion"un hücumçusunun evi qarət edilib
02.12.2024 - 16:30
"Lion"un hücumçusunun evi qarət edilib

"Lion"un hücumçusu Jorj Mikautadzenin evi qarət edilib.

Apasport.az xəbər verir ki, gürcüstanlı oyunçunun təxminən 200.000 avro dəyərində əşyası oğurlanıb.

Hadisə Liqa 1-in XIII turunun "Nitsa" ilə oyunundan (4:1) sonra baş verib.

Evinin qarşısında 24 yaşlı hücumçunu təhdid edib.

İddialara görə, cinayətkarlardan birinin üzərində silah olub. Hadisə nəticəsində futbolçu xəsarət almayıb. İnsidentlə bağlı araşdırma aparılır.

0