"Liverpul" 60 milyonluq futbolçu üçün hərəkətə keçib
29.04.2025 - 10:57
"Kristal Palas"ın yarımmüdafiəçisi Adam Uorton Avropa nəhənglərinin diqqətindədir.
Apasport.az xarici KİV-ə xəbər verir ki, 21 yaşlı futbolçunu həm Premyer Liqa təmsilçiləri, həm də xarici klublar yaxından izləyir.
"Liverpul" da Uorton uğrunda mübarizəyə qoşulub.
İngilis futbolçunun potensial transferinin dəyəri təxminən 60 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Adam Uorton bu mövsüm "Kristal Pelas"ın heyətində 25 oyunda 2 məhsuldar ötürmə edib. Onun "qartallar"la müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
0
0