“Liverpul” futbolçusunu cəzalandırıb - 2 həftəlik maaşı verilməyəcək
25.09.2025 - 19:55
“Liverpul” Uqo Ekitikeni cəzalandırıb.
“Apasport.az” xəbər verir ki, İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində “Sauthempton”la oyunda qırmızı vərəqə alan fransalı hücumçuya klub tərəfindən intizam cəzası verilib.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Mersisayd təmsilçisi, futbolçunun yersiz vərəqəsinə görə onun 2 həftəlik maaşını kəsəcək.
Qeyd edək ki, Uqo Ekitike komandasını önə keçirən qolu vurduqdan sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0