"Liverpul" "Kristal Palas"ın müdafiəçisi ilə maraqlanır
30.04.2024 - 15:55
"Liverpul" "Kristal Palas"ın müdafiəçisi ilə maraqlanır

İngiltərə Premyer Liqa təmsilçisi "Liverpul" yay “transfer pəncərəsi”ndə "Kristal Palas"ın mərkəz müdafiəçisi Mark Quehini ala bilər.

Apasport.az “Football Insider”ə istinadən xəbər verir ki, “Çelsi”nin yetirməsi İngiltərə Premyer Liqasının digər top klublarının marağındadır. “Mançester Yunayted” və “Tottenhem” futbolçunu yaxından izləyir. 

“Transfermarkt” portalı oyunçunun dəyərini 38 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, futbolçu cari mövsüm İngiltərə çempionatında iştirak etdiyi 26 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0