"Liverpul" "Real"dan 150 milyona yarımmüdafiəçi almaq istəyir
05.04.2024 - 15:39
"Liverpul" "Real"dan 150 milyona yarımmüdafiəçi almaq istəyir

"Liverpul" "Real Madrid"in aparıcı yarımmüdafiəçilərindən birini almaq istəyir.

Apasport.az "El Debate" nəşrinə istinadla xəbər verir ki, ingilis qrandının diqqət mərkəzində uruqvaylı yarımmüdafiəçi Federiko Valverde var.

Mənbənin məlumatına görə, Mersisayd klubunun rəhbərliyi Valverdenin alınması üçün 150 milyon avro ayırmağa hazırdır.

Bununla belə, “Real” Federikonu satmaq fikrində deyil və uruqvaylının özü də başqa komandaya keçməyə həvəsli deyil.

Qeyd edək ki, yarımmüdafiəçi 2018-ci ildən Madrid klubunda çıxış edir. Onun müqaviləsi 2029-cu ilin ortalarına qədərdir. Bu mövsüm Valverde 42 oyun keçirib, 1 qol vurub və 8 məhsuldar ötürmə edib.

 

0