"Liverpul" ötən gecə tarixində ilki yaşayıb.
Apasport.az xəbər verir ki, mersisaydlılar ilk dəfə Çempionlar Liqasında penaltilər seriyasında məğlub olublar.
"Liverpul" ötən gecə 1/8 final mərhələsinin cavab oyununda PSJ-yə 0:1 hesabı ilə uduzub. İlk görüşdə İngiltərə təmsilçisi eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. Burada komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə PSJ üstün olub və mərhələ adlayıb - 4:1.
Bu, "Liverpul"un Çempionlar Liqasında penaltilər seriyasında ilk məğlubiyyətidir. Komanda daha əvvəl 3 dəfə penaltilər seriyası keçirib və hər birində qələbə qazanıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir