“Liverpul” Virtzə illik 22 milyon ödəyəcək
04.06.2025 - 14:54
“Bayer”in futbolçusu Florian Virtz yaxın zamanda “Liverpul”a keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Almaniyalı Premyer Liqa təmsilçisində il ərzində 22 milyon avroya yaxın qazanc əldə edəcək.
Klublar arasında danışıqların növbəti mərhələsi bu həftə keçiriləcək.
“Transfermarkt” portalı futbolçunun dəyərini 140 milyon avro olaraq qiymətləndirir.
21 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə “Bayer”in heyətində 45 oyuna çıxıb, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0