Luis Diazın yeni ünvanı bəlli oldu - Rəsmi
                    
                    30.07.2025 - 12:47
                        
                     
                    Almaniyanın "Bavariya" klubu İngiltərə təmsilçisi "Liverpul"un hücumçusu Luis Diazın transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, Münhen klubu 28 yaşlı kolumbiyalı futbolçu ilə 4 illik müqavilə imzalayıb.
Transfer məbləğinin 75 milyon avro olduğu bildirilib.
Luis Dias 2024/2025 mövsümündə "Liverpul"un heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            