Luis Enrike Mbappenin yerinə hücumçu seçib
18.04.2024 - 14:57
Luis Enrike Mbappenin yerinə hücumçu seçib

Fransa təmsilçisi PSJ-nin baş məşqçisi Luis Enrike Kilian Mbappenin yerinə oynayacaq futbolçunu seçib.

Apasport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, Luis Enrike 25 yaşlı ulduzu əvəzləmək üçün "Atletik Bilbao"nun cinah oyunçusu Niko Uilyamsı komandasına qatmaq istəyir. 

“Transfermarkt” portalı futbolçunun dəyərini 60 milyon avro olaraq qiymətləndirir. Nikonun “Atletik Bilbao” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. 

Qeyd edək ki, Uilyams bu mövsüm La Liqada 25 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

0