Lukaku "Napoli"dən ayrılacaq - Vətəninə dönür
03.04.2025 - 15:38
İtaliyanın "Napoli" klubunun belçikalı hücumçusu Romelu Lukaku 2026-cı ildə vətəninə qayıtmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, Lukaku “Corriere dello Sport”a müsahibəsində karyerasını “Anderlext”də bitirəcəyini bildirmişdi.
31 yaşlı hücumçu 2026-cı il dünya çempionatından sonra oğluna verdiyi sözü yerinə yetirmək üçün vətəni "Anderlext"ə qayıtmaq istəyir.
Qeyd edək ki, Lukakunun "Napoli" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalı forvardın qiymətini 22 milyon avro olaraq qiymətləndirir.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0