Mahirin komanda yoldaşı karyerasını İngiltərədə davam etdirə bilər
14.01.2025 - 16:16
İngiltərə Premyer Liqası komandalarından “Liverpul” heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, klub “Nürnberq”də Mahir Emreli ilə komanda yoldaşı olan Stefanos Tziması yayda heyətinə qatmağı planlayır.
Almaniya təmsilçisi bu keçid üçün “mersisaydlılar”dan 25 milyon avrodan əlavə bonus da tələb edir.
Qeyd edək ki, yunan vunderkid bu mövsüm “Nürnberq”in heyətində çıxdığı 15 rəsmi matçda 8 qol, 2 assistlə yadda qalıb.
0
0