Kayl Larinin gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Kanada millisinin hücumçusu "Malyorka"dan "Sauthempton"a keçib.
31 yaşlı futbolçu 2026-cı ilin fevralından İngiltərə klubunda icarə əsasında çıxış edirdi.
"Sauthempton" müqavilədə yer alan satınalma bəndindən istifadə edərək futbolçunu heyətinə qatıb.
Transferin dəyərinin 3 milyon avro olduğu bildirilir. Müqavilə iyulun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Kayl Larin 2025/26 mövsümünün ilk yarısını "Feyenoord"da, ikinci yarısını isə "Sauthempton"da keçirib.
Kanada millisinin üzvü mövsüm ərzində bütün turnirlərdə 33 oyuna çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə edib.