“Mançester Siti” unikal rekorda imza atıb
31.03.2025 - 15:18
“Mançester Siti” unikal rekorda imza atıb

"Mançester Siti" səfərdə "Bornmut"a 2:1 hesabı ilə qalib gələrək İngiltərə kubokunun yarımfinalına yüksəlib.

Apasport.az "Squawka" nəşrinə istinadla xəbər verir ki, Xosep Qvardiolanın komandası rekorda imza atıb.

"Şəhərlilər" FA Kuboku tarixində ardıcıl 7 mövsümdə yarımfinala çıxan ilk komanda olub.

"Siti” turnirin finalına vəsiqə uğrunda “Nottingem Forest”lə qarşılaşacaq.

Qeyd edək ki, “Mançester Yunayted” ötən mövsüm kubokun qalibi olub. “Qırmızı şeytanlar” finalda “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gəlib.