"Mançester Siti"də yeni müqavilə - RƏSMİ
22.08.2025 - 13:20
"Mançester Siti"də yeni müqavilə - RƏSMİ

"Mançester Siti" müdafiəçisi Ruben Diaşla müqavilənin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı portuqaliyalı futbolçu 2029-cu ilə qədər "şəhərlilər"in uğurları üçün çalışacaq.

Onun əvvəlki sözləşməsinin müddəti 2027-ci ildə başa çatacaqdı.

Qeyd edək ki, Diaş 2020-ci ildən "Mançester Siti"də çıxış edir.