“Mançester Siti" 2022-23 maliyyə ili üçün hesabatı açıqlayıb.
Apasport.az xəbər verir ki, “şəhərlilər” 712,8 milyon funt sterlinq gəlir əldə edib
Bununla da mançesterlilər Premyer Liqada rekord müəllifi olublar. "Siti"nin 80,4 milyon funt sterlinq qazancı isə ötən il qeydə alınan 41,7 milyon funt sterlinqlik klub rekordundan çoxdur. Lakin əldə edilən gəlir “Barselona”nın 2019-cu ildə qeydə alınan 990 milyon avroluq (861,43 milyon funt sterlinq) göstəricisindən azdır.
Qeyd edək ki, Pep Qvardiolanın yetirmələri "Mançester Yunayted"in 1999-cu ildəki uğurundan sonra Premyer Liqa, İngiltərə Kuboku və Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atan ikinci ingilis klubu olub.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat