“Mançester Yunayted” Ruben Amorimin istefasından sonra yeni baş məşqçi axtarışına başlayıb.
Apasport.az “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, “qırmızı şeytanlar” hazırda “Porto”nun baş məşqçisi Françesko Fariolinin namizədliyini nəzərdən keçirir. İtaliyalı mütəxəssisin mümkün təyinatı klub rəhbərliyi daxilində müzakirə olunsa da, hələlik yekun qərar qəbul edilməyib.
Qeyd edək ki, Françesko Farioli 2025-ci ilin yayında “Porto”nun baş məşqçisi vəzifəsinə gətirilib. 36 yaşlı çalışdırıcı daha əvvəl “Fatih Karagümrük”, “Alanyaspor”, “Nitsa” və “Ayaks” klublarında da fəaliyyət göstərib. Fariolinin rəhbərliyi altında “Porto” hazırda 17 oyundan topladığı 49 xalla Portuqaliya çempionatının turnir cədvəlində birinci pillədə qərarlaşıb.
- "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
- Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
- Qurban Qurbanov jurnalistlər önünə çıxacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?