İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Yunayted"də ayrılıq baş verə bilər.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Bruno Fernandeş mövsümün sonunda Səudiyyə Ərəbistanına yollanmağa yaxındır.
Oyunçunun bu yay komandada qalacağı dəqiqləşsə də, 2026-cı ilin yayında Səudiyyə klublarının təkliflərinə açıq olduğu bildirilir.
Portuqaliyalı futbolçu ilə "Əl-Hilal" və "Əl-İttihad" yaxından maraqlanır.
Xatırladaq ki, Premyer Liqa təmsilçisi komandanın kapitanı üçün "Əl-Hilal"ın 200 milyon funt sterlinq məbləğində olan təklifini geri çevirmişdi.
Qeyd edək ki, Bruno Fernandeş "Mançester Yunayted"də 2020-ci ildən çıxış edir.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”